!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Müdafiə Nazirliyində RÜŞVƏT QALMAQALI – DETALLAR

!Reklam – Yazi

Ermənistan Prokurorluğu 2024-cü il dekabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Tibbi Komissiyasının üzvü, şərti adı S.H. və digər şəxslərə qarşı xüsusilə böyük məbləğdə rüşvət almaq cəhdinə köməklik etməklə bağlı ittiham aktını təsdiq edib və iş materiallarını Antikorrupsiya Məhkəməsinə təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistan Prokurorluğuna istinadla məlumat yayıb.

Qurum xatırladıb ki, həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, S.H. digər vəzifəli şəxslərlə birlikdə məcburi hərbi xidmətdən xəstəliklə bağlı saxta sənədlər tərtib etməklə azadolunma prosesini təşkil etmək üçün hərbi xidmətə cəlb edilməli şəxsin atasından 6 milyon 948 min dram məbləğində, yəni 18 min ABŞ dolları rüşvət tələb edib.

S.H. və rüşvət verən şəxs 2024-cü il iyulun 26-da rüşvətin bir hissəsini – 10 min ABŞ dollarını aldığı anda Antikorrupsiya Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

2024-cü il iyulun 27-də cinayət işi açılıb. Antikorrupsiya Komitəsində aparılan ilkin istintaq zamanı digər ehtimal olunan cinayət əməllərinə dair faktlar (xüsusilə böyük məbləğdə rüşvət almaq cəhdinə köməklik etmək, böyük məbləğdə rüşvət almaq, rüşvət vermək, xəstəliklə bağlı saxta bəhanələr gətirərək hərbi xidmətdən yayınmağa köməklik etmək, vəzifəli şəxslər tərəfindən saxta sənəd hazırlamaq və təqdim etmək) aşkar edilib. Bu faktlar əsasında əlavə cinayət işi açılaraq 2024-cü il iyulun 27-də başlanmış işlə birləşdirilib.

Prokuror 2024-cü il dekabrın 2-də S.H.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-46-435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə böyük məbləğdə rüşvət alma, rüşvət almaq cəhdinə köməklik etmək) üzrə ictimai cinayət təqibi başladıb. 2024-cü il dekabrın 10-da S.H. və digər şəxslərə qarşı ittiham aktı təsdiqlənib və iş materialları ilə birlikdə Antikorrupsiya Məhkəməsinə təqdim olunub.

Rafi Müslümov

www.yenicag.az

109
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv