!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan ordusunda Köçəryan-Sarkisyan TANDEMİ: Təxribatların törədilməsi istisna edilmir

!Reklam – Yazi

“Ermənistan Silahlı Qüvvələrindəki komandirlərin bir çoxu Köçəryan-Sarkisyan tandemi tərəfindən orduya gətirilib ki, onların da bir hissəsi hələ də öz vəzifələrini davam etdirirlər”

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Mütəxəssis Ermənistanda baş verən siyasi gərginlik fonunda Qarabağ klanına mənsub generalitet heyətinin sərhəddə təxribatlar törətməsi ehtimalından söz açıb.

Ə. Veridyev qeyd edib ki, Qarabağın erməni klanına yaxın olan komandirləri tərəfindən Azərbaycan ilə şərti dövlət sərhədində, xüsusilə də Qarakilsə və Gorus istiqamətində təxribat törətmək ehtimalı böyükdür.

Onun sözlərinə görə, hazırkı xaotik vəziyyətdə Ermənistan hakimiyyətinə arxadan zərbə vurmaq üçün belə təxribatların törədilməsini istisna etmək olmaz:

“Bu təxribatlar daha əvvəllər də baş verib. Məsələn, Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində irəliləyiş əldə olunduqda, şərti dövlət sərhədində erməni ordusu tərəfindən təxribatların törədildiyinin şahidi olmuşuq. Məhz bu gün də bənzər bir vəziyyət yaranıb”.

Hərbi ekspert əmindir ki, delimitasiya-demarkasiya prosesində irəliləyiş əldə olunduğu bir vaxtda Ermənistan müxalifəti erməni apostol kilsəsindən istifadə etməklə prosesləri daha da qəlizləşdirməyə çalışırlar:

“Onların Paşinyan hakimiyyətinə əlavə problemlər yaratması üçün sözügedən addımları atacağı istisna edilmir. Bu hadisələrin yekununa toxunsaq, onu deyə bilərəm ki, bu, əvvəlkilərdən fərqlənməyəcək. Yəni təxribatın kimin nəyə görə törətdiyi maraqlı deyil. Bizim üçün maraqlı olan təxribatların qətiyyətli şəkildə qarşısının alınmasıdır ki, bunu da Ermənistandakı hərbi-siyasi qüvvələr dərk etməlidir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv