Ermənistan ordusunun “onurğa sütunu” sayılan xüsusi təyinatlılar darmadağın edildi

media-hightechnic-468x90

Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində darmadağın edilib.

Yenicag.az AZƏRTAC-a istinadla xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.

Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

Qeyd edək ki, həmin xüsusi təyinatlı hərbi hissənin komandiri, ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, oktyabrın 13-də gedən döyüşlər zamanı məhv edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa