“Nə Qərb, nə də Rusiya Ermənistanı Azərbaycanla müharibəyə sövq edə bilməz”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.
Gərgin geosiyasi vəziyyət fonunda Ermənistandan Cənubi Qafqazda prosesləri qarışdırmaq üçün istifadə olunma ehtimalından danışan analitikin sözlərinə görə, İrəvan regionda vəziyyətin gərginləşdirilməsi üçün yaradılan dövlətdir.
“Belə olan halda hansı sülh və əmin-amanlıqdan danışmaq olar? Nə olur-olsun, istər Rusiyanın, istərsə də ABŞ-nin dəstəyinə baxmayaraq, Ermənistan təxribatlardan o tərəfə keçə bilməz. Çünki artıq qarşılarında güclü və qalib Azərbaycan var”, – deyə o bildirib.
Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az