Ermənistan-Türkiyə sərhədləri AÇILIR? – İrəvandan gələn təklifə Ankaradan REAKSİYA

media-hightechnic-468x90

“Ermənistan və Türkiyə sərhədlərinin açılması ehtimalı yüksəkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHDP) İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib.

media-eli_zulfuqaroglu

Politoloq Türkiyə-Ermənistan sərhədlərinin yaxın gələcəkdə açılma ehtimalını dəyərləndirib.

Onun sözlərinə görə, Ermənistan çox yaxşı bilir ki, Azərbaycanla sülh müqaviləsi imzalamadan və qondarma erməni soyqırımı iddialarından əl çəkmədən Türkiyə ilə münasibətlərini yaxşılaşdırması qeyri-mümkündür:

“Bu baxımdan, son zamanlar Ermənistan sülh prosesi istiqamətində konstruktiv addımlar atır və Vaşinqtonda keçirilən üçtərəfli bəyannamədə Ermənistan öz üzərinə konkret öhdəliklər götürüb və Azərbaycanın tələblərini qəbul edib. Təbii ki, Ermənistan Rusiyadan iqtisadi asılılığını azaltmağa çalışır. Bunun üçün də Ermənistan iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının kifayət qədər ciddi əhəmiyyəti var və hazırda Ermənistanın kənd təsərrüfatı məhsullarının daşınması üçün Rusiya bazarından başqa alternativi yoxdur. Ermənistan sadəcə olaraq Türkiyə vasitəsilə Avropaya açıla bilər, bunun üçün də sərhədlər açılmalıdır”.

Politoloq hesab edir ki, Ermənistan Vaşinqton bəyannaməsində öz üzərinə götürdüyü öhtəlikləri yerinə yetirərsə Türkiyə ilə sərhədləri açıla bilər:

“Təbii ki, Türkiyə xarici siyasətini Azərbaycanla koordinasiya edir və Vaşinqtonda Ermənistanla əldə olunan razılaşmalar Ermənistanla Türkiyə arasında sərhədlərin açılması perspektivi yaradır. Bu baxımdan, düşünürəm ki, Ermənistan həm Zəngəzur dəhlizinin açılması, eyni zamanda konstitusiyasının dəyişdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərinin icrası istiqamətində konkret addımlar atmalıdır və bu istiqamətdə pozitiv meyllər var. Bu baxımdan hesab edirəm ki, sərhədlərin açılma ehtimalı var və bu ehtimallar kifayət qədərdir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa