!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan və Azərbaycan sülh istiqamətində fəaliyyət göstərməlidir" - PRAYS

!Reklam – Yazi

“Ermənistana, Azərbaycana, həm də bütövlükdə regiona ismarışımız gərginliyi azaltmaq üçün bir yol tapmaq, əhatəli və davamlı sülh yoluna yenidən daxil olmağın vacibliyindən ibarətdir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.

Onun sözlərnə görə, Ermənistan və Azərbaycan gərginliyi azaldaraq əhatəli və davamlı sülhə doğru fəaliyyət göstərməlidir.

Sözçü ABŞ-ın Azərbaycanla Ermənistan arasında danışıqlarda tutduğu roldan bəhs edərək bu istiqamətdə göstərilən səylərdə ikitərəfli və çoxtərəfli formatda iştirak etdiklərini qeyd edib. O, bundan sonra da prosesi irəliyə aparmaq üçün ölkəsinin çoxtərəfli strukturlar və qruplaşmalar vasitəsilə əllərindən gələni edəcəklərini vurğulayıb:

“Ümid edirik ki, başqa ölkələr də eyni siqnalı göndərəcək”. /report/

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv