Ermənistana tranzit yolunun açılmasından Azərbaycan NƏ QAZANACAQ? - ŞƏRH

media-hightechnic-468x90

“Azərbaycanın Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırması həm regiondakı logistika zəncirinə, həm də ölkənin iqtisadi mövqeyinə bir neçə istiqamətdə real dividentlər qazandıra bilər”.

media-949494

Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

O bildirib ki, bu, dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına imkan yaradacaq:

“Azərbaycan ərazisindən keçən yüklər üçün rüsumlar, xidmət haqları və logistika infrastrukturu (dəmir yolu, avtomobil nəqliyyatı, anbar xidmətləri) vasitəsilə dövlət büdcəsində əlavə gəlirlər formalaşacaq. Həmçinin Rusiya və Qazaxıstan kimi iri yükdaşıyıcı ölkələrin Ermənistanla ticarətini Azərbaycan vasitəsilə həyata keçirməsi, xüsusilə “Şimal–Cənub” və “Şərq–Qərb’ dəhlizlərinə inteqrasiya potensialını artırır. Bu həm də Azərbaycan Dəmir Yolları (ADY) və Azərlogistika kimi qurumlar üçün xidmət həcminin artması deməkdir. Onu da əlavə edə bilərik ki, ölkəmiz logistika və nəqliyyat mərkəzinə çevrilə bilər. Bu qərar Azərbaycanın tranzit hub statusunu möhkəmləndirir. Bakı–Tbilisi–Qars, Ələt Beynəlxalq Dəniz Limanı və Şimal–Cənub dəhlizi artıq regionun əsas logistik arteriyalarıdır. Ermənistana açılan tranzit istiqamət bu marşrutları tamamlayır, Azərbaycanın regionun logistika xəritəsində “qapı rolu”nu daha da gücləndirir”.

Ekspert əlavə edib ki, xarici şirkətlər üçün Ələt Azad İqtisadi Zonası vasitəsilə yük paylama və emal mərkəzləri yaratmaq imkanı artır:

“Qazaxıstan, Rusiya, hətta Çin mənşəli məhsulların Ermənistan bazarına Azərbaycan üzərindən daşınması bu ölkələrin daşıma məsafəsini və xərclərini azaldır. Ermənistan bazarına çıxış üçün Bakı–Tovuz–Qazax istiqaməti ən qısa və təhlükəsiz yol sayılır. Bu isə Azərbaycana nəqliyyat, yanacaq, anbar və servis sektorlarında əlavə iş yerləri və dövriyyə gətirəcək. Tranzitlə yanaşı, Ermənistanın gələcəkdə enerji (benzin, dizel, elektrik, qaz və s.) təchizatını da Azərbaycan vasitəsilə təmin etmək ehtimalı var. Bu, həm dövlət gəlirlərini, həm də SOCAR kimi şirkətlərin regional satış imkanlarını genişləndirə bilər. Azərbaycanın “regional açar oyunçu” statusu güclənir — həm Rusiya, həm Qazaxıstan, həm də Ermənistan üçün qaçılmaz tranzit tərəfdaşına çevrilir. Bu da uzunmüddətli perspektivdə yeni nəqliyyat sazişləri, investisiya layihələri, ticarət güzəştləri və maliyyə əməkdaşlıqları üçün zəmin yaradır”.

A.Nəsirli vurğulayıb ki, burada müəyyən iqtisadi və siyasi risklər də var:

“Tranzit xəttinin təhlükəsizliyi və sığorta xərcləri, regional rəqabət (xüsusilə Gürcüstan və İran marşrutları), Ermənistanla ticarət həcminin məhdud olması müəyyən problemlər yarada bilər. Amma ümumi perspektivdə bu addım Azərbaycan üçün həm iqtisadi, həm də strateji qazanclıdır — ölkəni regiondakı bütün marşrutların kəsişdiyi real logistika mərkəzinə çevirir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa