Ermənistanda çevriliş cəhdi: Həbslər var

media-hightechnic-468x90

Ermənistan Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar dəstəni yaxalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü il ərzində terror aktlarının hazırlanmasında beş şəxs (A. M., S. M., E. Ts., V. V. və K. S.) və bir neçə hələlik naməlum şəxs iştirak edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, cinayətkar birliyin planlarına partlayışa hazırlıq, o cümlədən dövlət orqanlarının işini pozmaq məqsədi ilə hökumət və digər binaların zəbt edilməsi daxil imiş.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa