!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda əsgər valideynləri AYAĞA QALXDI – Komissiya ilə görüş TƏLƏB EDİLDİ

!Reklam – Yazi

Yanvarın 10-da 44 günlük müharibə zamanı itkin düşən hərbçilərin yaxınları Ermənistan Milli Məclisinin deputatı və 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının sədri Andranik Koçaryanla görüşüblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, görüş zamanı parlament dinləmələrinin keçirilməsi barədə razılıq əldə olunub.

Məlumata görə, bu dinləmələrdə valideynlər və yaxınlar aidiyyəti qurumların rəhbərlərinə onları narahat edən sualları ünvanlayacaq və ətraflı cavablar alacaqlar.

Dinləmələrin ayın sonunda – ya yanvarın 29-da, ya da 30-da keçirilməsi planlaşdırılır. Dinləmələr Andranik Koçaryanın rəhbərlik etdiyi komissiya tərəfindən təşkil ediləcək və bu tədbirə Milli Təhlükəsizlik Xidmətinin direktoru, baş prokuror və digər rəsmilər dəvət olunacaq. KİV həmçinin yazır ki, müharibədən dörd ildən çox vaxt keçməsinə baxmayaraq, təxminən 200 nəfər erməni hərbçisi hələ də itkin düşmüş hesab olunur.

Xatırladaq ki, itkin düşənlərin valideynləri və yaxınları dekabrın 27-də günün bir hissəsində Baqramyan prospektini bağlayaraq Andranik Koçaryanla görüş tələb etmişdilər. Onlar uzun müddətdir Koçaryanla görüşməyə çalışdıqlarını, lakin müsbət cavab ala bilmədiklərini bildiriblər. Etiraz aksiyası iştirakçıları ilə Ermənistan Milli Məclisinin sədri Alen Simonyan görüş keçirib və bundan sonra məsələ ilə bağlı parlament dinləmələrinin keçiriləcəyini açıqlayıb.

Rafi Müslümov

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv