Ermənistanda etiraz aksiyaları genişlənir – 40 min nəfər

media-hightechnic-468x90

Ermənistan müxalifəti şənbə günü axşam Yerevanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

“Ən təvazökar hesablamalara görə, hazırda Yerevanda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır”, – deyə A.Aşotyan bildirib.

O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa