Ermənistanda etiraz edən əsgər anaları döyüldü

media-hightechnic-468x90

34779Bu gün qeyri-döyüş şəraitində ölmüş erməni hərbi qulluqçularının valideynləri Ermənistan prezidentinin iqamətgahı qarşısında növbəti aksiya keçirməyə cəhd göstəriblər.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, onlar Ermənistan prezidenti ilə görüşmək niyyətində imiş.

Amma əsgər anaları ciddi polis zorakılığı ilə üzləşib, polislər onları itələyib və döyüblər. Əsgər anaları dəfələrlə Prezident Administrasiyasının qarşısına toplaşmağa cəhd etsələr də, polis zorakılıqla bu addımın qarşısını alıb.

Polislər məlumat verib ki, Prezident Administrasiyasının qarşısına toplaşmaq bu il fevralın 11-dən qadağan edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa