Ermənistanda GƏRGİN ANLAR: Ölkə seçkilərə GEDİR

media-hightechnic-468x90

Üçhəftəlik məzuniyyətdən qayıdan Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının (VM) idarə heyətinin iclasını keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Məlumata əsasən, iclasda bölgələrdə və yerli strukturlarda qarşıdakı təyinatlar müzakirə olunub. Prosesə Sünik vilayətindən start verilib – Gorus icra hakimiyyətinin rəhbəri postuna VM deputatı Armen Xaçatryanın namizədliyi təsdiqlənib.

İclasda digər vilayət və regional strukturlarda da kadr dəyişikliklərinin nəzərdə tutulduğu bildirilib. Paşinyan vurğulayıb ki, seçkiöncəsi effektivliyə əsaslanan yeni təyinatlar həyata keçirilməlidir. Bu isə hakim partiyanın artıq seçki prosesinə ciddi şəkildə hazırlaşdığını göstərir. Məlumata görə, növbəti iclaslarda digər bölgələrlə bağlı qərarlar qəbul ediləcək, həmin vaxta qədər isə VM idarə heyəti üzvlüyünə namizədlər təbliğat kampaniyalarını davam etdirməlidirlər.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa