Ermənistanda 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlik göstəricisi 13,6% olub.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, yalnız fevralda bu göstərici 16,3% artıb.
“Sənaye 28,9% (fevralda – 36,4%), ticarət dövriyyəsi 24,1% artıb (fevralda – 28,3%) artıb. Bu ilin ilk iki ayında tikintidə artım 10,8% (fevralda 11,7%) təşkil edib.
Sənayenin və iqtisadiyyatın digər sahələrinin təsirli artımına baxmayaraq, cari ilin ilk iki ayında respublikada elektrik enerjisi istehsalı 4,9 faiz azalıb”, – məlumatda bildirilib.
2024-cü ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 2 dəfə artaraq, 5,3 milyard dollar təşkil edib.
Bundan başqa, cari ilin ilk iki ayında ixrac 2,6 dəfə artaraq 2,5 milyard dollardan çox, idxal isə 73,2 faiz artaraq 2,7 milyard dollara çatıb. Belə ki, bu ilin yanvar-fevral aylarında idxal və ixracın həcmləri demək olar ki, bərabərləşib.
Qeyd edək ki, dünyada iqtisadi aktivliyin kəskin artması fonunda elektrik enerjisi istehsalının azalmasının müşahidə olunduğu heç bir iqtisadiyyat müşahidə etmək mümkün deyil. Bu isə o deməkdir ki, Ermənistanda iki ildir “iqtisadi sıçrayış”ların davam etməsi və hər ay kəskin artması yalnız və yalnız Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsi ilə bağlıdır.
Təsadüfi deyil ki, bu ilik ilk iki ayında ixrac 2,6 dəfə, idxal isə 73,2 faiz artıb. Ermənistan xüsusilə Avropa, Çin və BƏƏ-dən məhsullar idxal edərək, onları Rusiyaya ixrac etməklə külli miqdarda vəsait əldə edir.
Ermənistanın Rusiyaya sanksiyaları getdikcə daha artıq dərəcədə dəlməsinə rəğmən, AB susmaqda davam edir.
www.yenicag.az