“Ermənistanda işgəncələr araşdırılmır”

media-hightechnic-468x90

img1681924Ermənistanda işgəncələr haqda şikayətlər, 2008-ci ilin 1 mart hadisələri və orduda qeyri-döyüş şəraitindəki zorakılıqlar lazımi səviyyədə araşdırılmır.

Yenicag.az musavat-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnikesin Ermənistana səfəri əsasında hazırladığı hesabatda bildirilir.

Avropa Şurası komissarı Ermənistan hakimiyyətini dəqiq termin və cəzanın müəyyən edilməsi üçün işgəncə anlayışını Cinayət Məcəlləsində dəyişdirərək beynəlxalq standartlara uyğunlaşdırmağa çağırıb.

O həmçinin, istintaq orqanlarını hökm verərkən etiraf ifadələrinə deyil, dəlil-sübutlara əsaslanmağa səsləyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa