Ermənistan parlamentinin spikeri Alen Simonyan ötən il vətəndaşa tüpürdükdən sonra cəzasız qalsa da, onun iştirakı ilə baş verən qalmaqallı insident beynəlxalq nüfuzlu strukturların diqqətini çəkib.
Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” məlumat yayıb.
Erməni nəşri yazır ki, beynəlxalq insan haqları təşkilatı olan “Freedom House” 2024-cü il hesabatında Alen Simonyanın bu biabırçı davranışına toxunaraq yazır:
“Məlum insidentdən sonra parlamentin sədri Alen Simonyan vətəndaşa tüpürməsi, habelə açıq şəkildə “satqın” adlandırılması bir çox vətəndaş cəmiyyəti təşkilatlarının hakimiyyətdən yüksək rütbəli məmura qarşı tədbir görülməsini tələbinə gətirib çıxarıb. Onlar bununla bağlı çağırış ediblər ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyası daxildə etik komissiya yaratsın və hüquq-mühafizə orqanları xuliqanlıq maddəsi ilə Alen Simonyana qarşı iş başlatsın”.
Qəzetin əlavəsinə görə, bu bir həqiqətdir ki, Nikol Paşinyan hökuməti nə qədər özünü “ən demokratik və ədalətli hökumət” elan etsə də, hakimiyyət nümayəndələri artıq qırmızı xətləri o qədər keçiblər və onların qəbuledilməz davranışları o qədər göz qabağındadır ki, hətta Amerika təşkilatları və strukturları belə onların hərəkətlərinə göz yuma bilməyib.
Rafi Müslümov
www.yenicag.az