!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Roma Əsasnaməsi bu gündən QÜVVƏYƏ MİNDİ

!Reklam – Yazi

Bu gündən etibarən Roma Əsasnaməsi Ermənistan üçün rəsmən qüvvəyə minir.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistan üçün fevralın 1-dən qüvvəyə minir.

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin 124-cü iştirakçısı olub”, – Ermənistan XİN-dən bildrilib.

Xatırladaq ki, Ermənistan parlamenti 2023-cü il oktyabrın 3-də Roma Əsasnaməsini ratifikasiya edib.

2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Ermənistan üçün Roma Statutunun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcəyini elan edib.

Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Rusiya prezidenti Vladimir Putinin həbsinə dair beynəlxalq order verdikdən sonra Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etməsi Rusiya tərəfini narazı salıb.

Bu isə o deməkdir ki, Roma Əsasnaməsini ratifikasiya edən ölkələr həmin ölkələrə səfər edərkən Rusiya prezidentini həbs etməli olacaqlar.

Hətta Ermənistan hökumətinin Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə göndərməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi nota da göndərib.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv