!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Rusiyaya görə açılan “CƏBHƏ”: “Özünü qorumağa çalışan Paşinyan hökuməti...”

!Reklam – Yazi

“Ermənistanın Rusiya ilə kəllə-kəlləyə gəlməsi İrəvan üçün çox ağır nəticələrə gətirib çıxara bilər”.

Bu fikirləri erməni cəmiyyətinin Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsinə münasibətini dəyərləndirən professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərindəki gərginlik özünü erməni cəmiyyətinin əhval-ruhiyyəsində də göstərir:

“Ermənistan rəsmilərinin KTMT-də üzvlüyün dondurulması və gələcəkdə ölkənin bu təşkilatdan çıxacağı ilə bağlı səsləndirdikləri bəyanatlar Rusiya tərəfindən birmənalı qarşılanmadı. Belə ki, Kremlin yüksək statuslu fiqurları buna sərt reaksiya verərək İrəvana qarşı əks-bəyanatlar səsləndirməyə başladılar.

Ermənistanın Rusiya ilə kəllə-kəlləyə gəlməsi İrəvan üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Cənubi Qafqaz regionunda Qərbin varlığını istəməyən Rusiyanın buna qarşı bir sıra tədbirlər görəcəyi şübhəsizdir. Atıla biləcək ilk addım kimi Rusiyanın Ermənistana ucuz qiymətə qaz satışını və AES üçün yanacaq təminatını dayandırması təsəvvür olunur. Nəticədə çökmüş Ermənistan iqtisadiyyatı daha da acınacaqlı vəziyyətə düşəcək.

Həmçinin 102-ci hərbi bazanın mövcudluğunu da yaddan çıxarmaq olmaz. Əlavə olaraq, Rusiyanın Azərbaycan vasitəsilə Ermənistana qarşı lokal xarakterli hərbi tədbirlər görməsi də istisna deyil. Hazırda erməni cəmiyyəti iki yerə parçalanıb: Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı olanlar və buna qarşı çıxanlar.

Bu tərəflərin arasında ciddi mübarizə mövcuddur. İrəvanda demək olar ki, hər gün mitinqlər təşkil edilir. Özünü qorumağa çalışan Paşinyan hökuməti isə tədbirlər görməyə cəhd göstərir. Yəni Rusiya ilə münasibətləri müəyyən qədər normallaşdırmaq üçün müxtəlif yollara əl atır. Lakin nə olur-olsun, Rusiya Ermənistanı bu hərəkətlərinə görə qətiyyən əfv etməyəcək”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv