Ermənistanda seçki gərginliyi: Moskva hakimiyyəti dəyişmək üçün hansı kartlardan istifadə edir?

media-hightechnic-468x90

“Moskva Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir etmək istəyir və bunun üçün Rusiyada yaşayan erməniləri cəlb edirlər”.

media-banner_tkm

Bu barədə erməni politoloq Stepan Qriqoryan iddia ilə çıxış edib.

İddiaların nə dərəcədə əsaslı olduğunu Yenicag.az-a şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib ki, seçki yaxınlaşdıqca Ermənistanda gərginliyin artacağı gözləniləndir.

media-whatsapp-image-2026-03-11-at-14-25-20

Onun fikrincə, kilsə və revanşistlər, lobbi və Rusiyanın dəstəyi ilə cəmiyyətin hökumətə etimadını sarsıtmaq, gərginlik yaratmaq, bununla paralel olaraq parlmentdə daha çox yerə sahib olmağa çalışır:

“Amma görünən odur ki, hökumət cəmiyyətdə daha çox dayaqlara malikdir. Təbii ki, revanşistlər bunu bilir və Rusiyanın dəstəyinə arxalanmaqla xaotik mənzərənin yaradılmasına, bununla da hakimiyyətə yiyələnmək üçün əlverişli zəmin formalaşdırılasına ümid edirlər. Növbəti aylarda bu istiqamətdə daha ciddi təxtibatların şahidi ola bilərik”.

Əli Zülfüqaroğlu əlavə edib ki, Paşinyanın sülh prosesində müsbət fəaliyyət yürütməsi və konstitusiya dəyişikliyinə gedəcəyi ilə bağlı mesajlar verməsi hakimiyyətin qətiyyətli olduğunu və növbəti əngəlləri də aşacağını deməyə əsas verir:

“Azərbaycanın Qazaxıstan və Rusiyadan gələn yüklərin Ermənistana daşınmasına icazə verməsi, eyni zamanda Azərbaycan yanacağının Ermənistana verilməsi həm taxılın, həm də yanacağın qiymətində ucuzlaşmaya səbəb olub. Cəmiyyət də Azərbaycanla süılh əldə olunarsa, ölkə həyatına hansı müsbət dəyişikliklər gətirəcəyini əyani şəkildə görüb. Bu baxımdan hesab edirəm ki, yekun sülh sazişini tezləşdirilməsi Ermənistanın inkişafına və Paşinyan hökumətinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05