Ermənistanda sensasiya yaradan qətl sifarişinin təfərrüatları MƏLUM OLDU – DETALLAR

media-hightechnic-468x90

 

Ermənistan vətəndaşı, iş adamı Tiqran Xaçatryan artıq 8 aydan çoxdur ki, Rusiya Federasiyasında həbsdə saxlanılır. Onun barəsində keçmiş kürəkəni – Ermənistan Xarici İşlər Nazirliyinin hazırkı diplomatı Marina Xaçatryanın sabiq həyat yoldaşı Qaregin Muradyanın və onun atası Aram Muradyanın qətlini sifariş etmək ittihamı irəli sürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Nəşr yazır ki, 2023-cü il iyulun 3-də Moskvaya səfər edən iş adamı iyulun 17-dən 18-nə keçən gecə Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və istintaq orqanında rəsmi qaydada həbs olunub. Ailə isə bu ittihamların əsassız olduğunu bildirərək, hadisənin sifarişli xarakter daşıdığını iddia edir.

Diplomat Marina Xaçatryan yerli mediaya açıqlamasında bildirib ki, atasına qarşı irəli sürülən ittihamların heç bir hüquqi əsası yoxdur:

“Keçmiş həyat yoldaşımla 10 il əvvəl boşanmışıq, o vaxtdan heç bir əlaqəmiz olmayıb. Atamı onun və atasının qətlini sifariş etməkdə ittiham edirlər ki, bu, tamamilə absurd bir şeydir”.

Xaçatryan ailəsi iddia edir ki, bu cinayət işi vasitəsilə onlardan pul qoparmağa çalışılır. Onların sözlərinə görə, işin əsasını iki “gizli şahid”in ifadələri təşkil edir və həmin şəxslərin kimliyi ailəyə məlumdur. Onlardan biri Marina Xaçatryanın anasının uşaqlıq dostudur və bir müddət Xaçatryanların evində yaşayıb. Digəri isə ailəyə yaxın başqa bir şəxs olub.

Ailənin vəkili Aşot Simonyanın sözlərinə görə, işdə heç bir maddi sübut yoxdur:

“Yalnız anonim şəxslərin dediklərinə əsaslanan ittihamlarla qarşı-qarşıyayıq. Əgər real sübutlar olsaydı, istintaq onları ekspertizaya göndərərdi”.

Rusiya hüquq-mühafizə orqanlarının təqdim etdiyi versiyaya görə, 2024-cü ilin iyulunda Qaregin və Aram Muradyanlar “əməliyyat tədbirləri” çərçivəsində guya qətl olunmuş kimi göstərilib, bu hadisə imitasiyası barədə Tiqran Xaçatryana məlumat verilib və fotolar təqdim olunub. Xaçatryan ailəsi hesab edir ki, bu olayların arxasında daha əvvəl bir cinayət işi üzrə ifadə verdiyi şəxslə əlaqəsi olan mütəşəkkil dəstə dayanır. Ailə iddia edir ki, həmin qrupun üzvlərindən biri hazırda Ermənistanda həbsxanadadır və bu şəxslər tərəfindən onlara pul qarşılığında təzyiq göstərilir.

“Pul verin, atanız azadlığa çıxacaq. Verməsəniz, 15-20 il həbsdə qalacaq və Sibirə göndəriləcək”, – deyə ailə üzvlərinə hədə-qorxu gəlinir.

Xaçatryan ailəsi Ermənistanın Baş Prokurorluğuna, Milli Təhlükəsizlik Xidmətinə və İstintaq Komitəsinə müraciət etsə də, yalnız bir dəfə şantaj faktı üzrə cinayət işi açılıb. Lakin həmin istintaq da aylardır irəliləmir. Tiqran Xaçatryan ittihamları qəbul etmir və ailəsi ilə birlikdə onun azadlığa çıxması üçün mübarizəni davam etdirir. Məsələ ilə bağlı araşdırmalar davam edir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600