!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandakı prosesdə xarici DƏSTƏK: Keşiş Baqrat baş nazir olur? – Paşinyan istefa verə bilər

!Reklam – Yazi

“İndiki halda, Ermənistanda baş verənlərə birmənalı və konkret münasibət bildirmək çətindir. Əvvəlki zaman kəsiyinə baxanda, müxalifət etiraz aksiyalarında daha çox insanın iştirakına nail olub. Təbii ki, bu prosesdə xarici dəstəyin olduğu açıq şəkildə ortalıqdadır”.

Bu sözləri Yenicag.az a-açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Siyasi təhlilçi Ermənistanda keşiş Baqrat Srbazanın (Qalstyan) rəhbərliyi ilə hakimiyyətə qarşı olan etirazların yeni mərhələsindən söz açıb.

Onun sözlərinə görə, burada başqa bir aspekti də nəzərə almaq lazımdır ki, indiki şəraitdə hakimiyyətin dəyişdirilməsi üçün bir sıra mühüm faktorlar lazımdır:

“Yəni keşiş Baqrat Srbazan və aksiyada iştirak edənlərin mövcud sayı, eləcə də, onların prosesdə iştirakı baş nazir Nikol Paşinyanın legitim yollarla hakimiyyətdən getməsinə şərait yaratmır. Ona görə ki Paşinyanı həm ölkə daxilində, həm də xarici dəstəklə müdafiə edən qüvvələr var”.

“Bunu da nəzərə almaq lazımdır ki, əgər bir qütb Paşinyana münasibətdə bir o qədər pozitiv mövqedə dayanmırsa, habelə onun hakimiyyətdən getməsini arzulayırsa, digər qütb də, o cümlədən, ABŞ və Avropa İttifaqı indiki halda Nikol Paşinyanı dəstəkləyir və onun iqtidarda qalması üçün bir sıra istiqamətlərdə konkret yardımlar göstərir. Bu yardımların isə nədən ibarət olması barəsində təsəvvürün formalaşması üçün Aİ və ABŞ təmsilçilərinin son açıqlamalarına nəzər salmaq yetərlidir”, – deyə o, əlavə edib.

E. Mirzəbəylinin fikrincə, bu aspektdən də Nikol Paşinyanın indiki halda söykənəcəyi istinad mənbəyi mövcuddur:

“İkinci vasitə isə Nikol Paşinyanın qeyri-legitim yollarla hakimiyyətdən getməsidir. Əgər Ermənistandakı silahlı qüvvələr, kriminal qruplar və keçmiş hakimiyyətin ətrafında formalaşan dəstələr bu prosesə aktiv şəkildə qatılsalar, o zaman, İrəvanda ya vətəndaş qarşıdurmasının baş verməsi ehtimalı yaranır, ya da Nikol Paşinyan artıq məcburiyyət qarşısında dayanıb istefa verə bilər”.

Xatırladaq ki, keşiş Baqrat ötən gün verdiyi açıqlamada keşişlik fəaliyyətini bir müddətlik donduracağını və baş nazirliyə namizədliyini verəcəyini söyləyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv