“Ermənistandakı son hadisələrin arxasında Rusiyanın müəyyən dairələri dayanır” – Qabil Hüseynli

“Ordunun daxilindəki ən təhlükəli qüvvə Rusiya-Ermənistan birgə silahlı qüvvələridir”.

Bu fikirləri Yenicag.az-da Ermənistanın baş naziri Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərməsinin hərbi çevrilişlə nəticələnmə ehtimalı barədə danışan politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistandakı mövcud durumda Paşinyanın fəaliyyəti üçün normal şərait yoxdur:

“Görünür, hakimiyyəti devirmək istəyənlər hərbi qüvvələrə də yol tapıblar. Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəsini özü təyin etmişdi. İndi həmin adamların Paşinyana qarşı çıxması və onun hakimiyyətdən getməyini tələb etməsi çevriliş təşəbbüsüdür.

Paşinyan legitim yolla hakimiyyətə gələn baş nazirdir. Hər hansı bir generalın ona ultimatım verərək, hakimiyyətdən getməyini tələb etməsi nonsesdir. Heç dünya da bunu normal qarışlaya bilməz.

Eyni zamanda, Paşinyan da özünün “son kart”ını oynayaraq, Baş Qərargah rəisini və onun müavinini vəzifədən kənarlaşdırıb. Paşinyana ünvanlanan ultimatıma imza atan hərbçilərin sayı 40-dan çoxdur. Bütün idarə rəisləri, korpus komandirləri də bu tələbə qoşulub. Generalların bu addımı hərbi cinayət xarkaterlidir. Paşinyan da öz növbəsində əhalini Teatr meydanına dəvət edir və baş verənlərlə bağlı xalqı məlumatlandırır”.

Politoloqun sözlərinə görə, ordunu bu addıma təhrik edən Rusiyanın müəyyən dairələridir:

“Paşinyan “İsgəndər” raketlərinin yararsızlığı haqqında ciddi fikirlər söylədi və rus silahının etibarsızlığı barədə rəy formalaşdırdı. Ruslar indiyə qədər Paşinyanı müdafiə edərək onun hələ bir müddət hakimiyyətdə qalmasını istəyirdilərsə, artıq onu devirmək qərarına gəliblər, ordunu bu işə qoşublar.

Ordunun daxilindəki ən təhlükəli qüvvə Rusiya-Ermənistan birgə silahlı qüvvələridir. Ermənistan ordusunun əsgərləri bəlkə də çevrilişə qoşulmaya bilər. Ancaq Rusiya-Ermənistan birgə qüvvələri Paşinyanı devirmək planında əsas rolu oynayacaq.

Bütün hallarda bu hadisələri nəticəsini xalqın mövqeyi müəyyənləşdirəcək. Paşinyan hakimiyyətə gələndə, Teatr” meydanı və onun ətrafındakı küçələrə yarım milyona yaxın adam toplaya bilmişdi.

O, indi heç olmasa, 100 min adamı yenə meydanına toplaya bilsə, xalqın tələbi ilə ordunun və xarici təxribaçı qüvvələrin oyununu poza bilər. Lakin hələ ki Paşinyanın vəziyəti ümidverici deyil”.

Səxavət Məmməd