!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanı “bataqlıq”dan çıxaracaq REGİONAL FORMAT: “İrəvan həm də onu başa düşüb ki...”

!Reklam – Yazi

“Həm Avropa İttifaqı, həm ABŞ-nin təşəbbüsü ilə təşkil olunan görüşlər Rusiyanı qıcıqlandırır”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlarla bağlı müsbət mesajların verilməsi fonunda Türkiyənin nizamlama prosesindəki rolunu, həmçinin mövcud gözlənənləri şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, regionda həlledici təsirə malik olan Türkiyə və Rusiya faktoru Ermənistan üçün şans yaradır:

“Bakıdan və İrəvandan verilən müsbət mesajların davamlı olmasının vacibliyini düşünürəm. Bu çərçivədə əsirlərin dəyişdirilməsi birinci addım idi. Bunun da baş tutmasında əsas səbəb vasitəçilərin olmaması, tərəflərin birbaşa təmas qurmalarıdır.

Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyanın dəmir yolu xəttinin açılması ilə bağlı verdiyi bəyanatlar da müsbət dəyərləndirilməlidir. Lakin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “10 noyabr üçtərəfli bəyanatındakı müddəaların çox hissəsini yerinə yetirmişik” bəyanatı reallığı əks etdirmir.

Çünki həmin müddəaların həllini Azərbaycan özü təmin edib. Ümumilikdə, son günlər hər iki tərəfin səsləndirdiyi bəyanatlar pozitivliyi ilə seçilir. Ermənistan artıq indi başa düşür ki, regionda ən böyük oyunçu Rusiyadır. Rusiya regionda gedən proseslərdə daim iştirak etmək istəyir. Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında əsas moderator rolunu oynayıb.

Ermənistanın həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən Rusiyadan asılı olduğu da mütləq nəzərə alınmalıdır. İrəvan həm də onu başa düşüb ki, Rusiyanı neytrallaşdıra biləcək tək dövlət Türkiyədir. Ona görə də, İrəvandan Türkiyəyə yönəlik müsbət mesajlar verilir. O baxımdan, Türkiyə-Rusiya-Azərbaycan formatı Ermənistan üçün göydəndüşmədir. Həm Avropa İttifaqı, həm ABŞ-nin təşəbbüsü ilə təşkil olunan görüşlər Rusiyanı qıcıqlandırır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2303
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv