"Ermənistanı müdafiə etmək bizim siyasətimizdir" - Pezeşkian

media-hightechnic-468x90

“Biz həmişə Ermənistan Respublikasının ərazi bütövlüyünü müdafiə etmişik və bu, bizim siyasətimizdir”.

Yenicag.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla birgə bəyanatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İran regionda hər hansı gücdən istifadənin əleyhinədir: “Və hesab edirik ki, regionda liderlik qafqazlıların olmalıdır və regiondan kənar problemlərin digər güclərə ötürülməsi regiondakı vəziyyəti daha da çətinləşdirir”.

Pezeşkian bəyan edib ki, Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir. Onun sözlərinə görə, İran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir və Qafqazda sərhədlərin dəyişməzliyinin tərəfdarıdır və dəyişikliklərin geosiyasi rəqabətə səbəb ola biləcəyini qeyd edir. İran lideri əlavə edib ki, ölkəsi öz qonşuları, xüsusilə Ermənistan üçün sülh və əmin-amanlıq istəyir”./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa