!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın Avropa “qəfəsi” – Xalqı tutuquşuya çeviriblər

!Reklam – Yazi

Avropaya inteqrasiya yolu, əslində, hakimiyyətin seçimidir, qalan addımlar isə bunun nəticəsidir. Xalqın münasibəti də məhz bu seçimin nəticəsidir. Rusiya kimi mühüm bir dövlətlə oyun oynamaq və Avropaya inteqrasiya məsələsinin referendum yolu ilə həll ediləcəyini iddia etmək bir az sadəlövh səslənir.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin analitik məqaləsində qeyd olunub.

Nəşr yazır ki, hakimiyyətin təbliğat maşını xalqın iradəsinin ifadəsi barədə illərdir danışır:

“Hətta heyvanlar belə səs-küyün mənasını başa düşürlər: məsələn, qəfəsin qapısını tıqqıldatmaq lazımdır ki, yeməklərini alsınlar. Bizdə isə şüur var, amma bizə tutuquşu kimi davranırlar. Bizə öyrədiblər ki, yaşadığımız yer bağlanmış qəfəsdir və bizi tərbiyə ediblər ki, öz “qəfəsimizin” qapısını qoyub Avropanın “qəfəsinin” qapısını döyək. Müqayisə kəskin ola bilər, amma gerçəkliyi təsvir etmək üçün başqa yol yoxdur. Hakimiyyət deyir ki, biz Rusiya “qəfəsinin” içindəyik, yerimiz darısqaldır, azadlıq yoxdur, bizi təhlükə gözləyir. Amma, əslində, onların öz yeridir dar olan, oturduqları kürsüdür laxlayan və onu qorumağa çalışırlar. Təbliğat fəndləri ilə bizi tutuquşuya çeviriblər ki, Avropanın qapısını döyək”.

“Əgər həqiqətən qəfəsdə olduğumuzu qəbul ediriksə və məqsədimiz qəfəs dəyişdirməkdirsə, anlamalıyıq ki, qəfəs elə qəfəsdir. Bilməliyik ki, biz öyrədilmiş tutuquşu deyilik ki, sahibi necə istəsə, bizə elə yanaşsın. Biz düşüncə sahibi insanlarıq və yalnız ölkənin maraqlarını əsas götürməliyik. Ağıllı insanlar başqalarının səhvlərindən dərs alır. Baxın, Avropanın “qəfəsini” döyənlərin aqibətinə və susun, yerinizdə oturun. Bunu tutuquşu tərbiyəçilərinə deyirəm. Referendumun nəticəsi hakimiyyətin etdiyi qara işlərin nəticəsi olacaq. Əgər, əlbəttə, buna cəsarət edərlərsə… İllərdir hakimiyyət Avropa tutuquşuları yetişdirir. Amma xalq tutuquşu deyil ki, hər şeyi anlamadan təkrar etsin. Bəlkə də içdiyin suyun mənbəyi bulanıb, amma sənə başqa bir mənbə təklif edilmirsə, ona tüpürmə”, – deyə məqalədə qeyd olunub.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv