Ermənistanın dövlət borcu sürətlə artır – STATİSTİKA

media-hightechnic-468x90

2025-ci ilin iyul ayının sonuna olan rəsmi göstəricilər Ermənistanın dövlət borcunda təhlükəli artımın qeydə alındığını ortaya qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin Ermənistan Milli Statistika Komitəsinin məlumatları və “Luyis” analitik mərkəzinin hesablamalarını müqayisə etməsi nəticəsində məlum olub ki, dövlət borcu 2024-cü ilin iyulu ilə müqayisədə 14,3% artaraq 14,1 milyard ABŞ dollarına çatıb. Bundan başqa, hökumət borcu daha yüksək templə – 14,8% artaraq 13,6 milyard dollara yüksəlib. Daxili borc (dramla) 16,2%, xarici borc isə 11,9% artıb.

Ekspertlərin fikrincə, bu rəqəmlər təkcə statistika deyil, həm də gələcək nəsillərin üzərinə yüklənən məsuliyyətdir. Analitiklər qeyd edir ki, Paşinyanın rəhbərliyi altında Ermənistan iqtisadiyyatının əsas “təcrübəsi” istehsal və inkişaf deyil, borclanma yolu ilə mövcudluğu saxlamaqdır.

Müxalif və iqtisadçı dairələr bildirir ki, hökumət üçün bu artım nə ilk, nə də son xəbərdarlıqdır. Borc alışı davam etdikcə, hakimiyyət idarəçilikdə real proqram və strateji yanaşma olmadan, “siyasi kaprizlər” üzərindən fəaliyyət göstərir.

Nəticədə isə əhalinin gündəlik həyatında inkişafın real nəticələri görünmür, lakin borcun qiymətini elə vətəndaşların özü ödəyir – həm bu gün, həm də gələcəkdə.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa