Ermənistanın keçmiş başçısı Paşinyana görə HƏBS OLUNDU

media-hightechnic-468x90

Nikol Paşinyana qarşı zorakılıq çağırışları səsləndirməkdə ittiham olunan keçmiş baş nazir həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Dataleks” məhkəmə informasiya sistemi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistan hökumətinin keçmiş başçısı Qrant Baqratyan baş nazir Nikol Paşinyana qarşı zorakılıq çağırışları səsləndirməkdə ittiham olunub.

İş oktyabrın 23-də məhkəməyə daxil olub.

İttihama görə, 2023-cü il aprelin 4-də “Birgə” ictimai hərəkatının etiraz aksiyası zamanı Baqratyan açıq şəkildə Ermənistanda təhlükəsizlik və iqtisadi vəziyyətə görə Nikol Paşinyanı günahlandırıb, eyni zamanda zorakılığa çağırıb.

Baqratyana qarşı ölkədən çıxışına qadağa qoyulması şəklində həbs-qətimkan tədbiri seçilib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600