Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı artdı

Bu gün Füzuli rayonunda həyata keçirilmiş axtarış işlərinin gedişatında Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçusunun meyiti aşkarlanıb.

Yenicag.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Qarabağda döyüş əməliyyatlarının dayandırılmasından sonra Ermənistanın meyiti tapılan itkin hərbçilərinin sayı 1 543 nəfərə çatıb.