"Ermənistanın şimal və cənubunu Naxçıvan vasitəsilə birləşdirəcəyik" - Mirzoyan

media-hightechnic-468x90

“Avqustun 8-də Ermənistanın baş naziri və Azərbaycan prezidenti Bəyannaməni imzaladılar və həmin Bəyannaməni ABŞ prezidenti Donald Tramp da şahid qismində imzaladı. Həmin Bəyannamədə liderlər bir sıra çox vacib məsələlərdə razılığa gəldilər”.

Yenicag.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

XİN rəhbərinin sözlərinə görə, bu, özlüyündə çox ciddi bir mərhələ idi: “Bundan əlavə, bu Bəyannamədə liderlər kommunikasiyalar məsələsinin tənzimlənməli olduğu fundamental prinsiplər barədə razılığa gəliblər. Mən Ermənistanla Azərbaycan arasında nəqliyyat infrastrukturunun blokdan çıxarılmasını və yenidən açılmasını, tranzit əlaqələrinin bərpasını nəzərdə tuturam. Və bu prinsiplər bunlardır: ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, ölkələrin suverenliyinin tanınması, habelə bərpa ediləcək keçidlər və infrastruktur üzərində milli yurisdiksiyanın tanınması”.

O, müxbirin “Tramp yolu” ilə balı sualını belə cavablandırıb: “İdeya bundan daha genişdir. Ermənistan və Azərbaycan bir-birləri arasında nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq barədə razılığa gəliblər və burada söhbət bütün infrastrukturdan gedir. Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış əldə edir.

Biz bir-birimizin infrastrukturundan normal qonşular kimi istifadə edə bilərik. Həmin infrastrukturun Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa əlaqə olan hissəsi TRIPP, yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”dur.

TRIPP nədir? Ermənistan və ABŞ dəmir yolu keçidinin inşaatçısı və əsas operatoru olacaq konsorsium, şirkət yaratmağı planlaşdırır. Bu konsorsium öz növbəsində bu və ya digər işləri yerinə yetirmək və ya bütün keçid üçün bu və ya digər xidməti göstərmək üçün üçüncü şirkət və ya şirkətləri cəlb edə bilər. Bundan əlavə, konsorsium həmçinin boru kəmərləri, elektrik xətləri və s. həyata keçirə, tikə və sonra istismar edə bilər.

Beləliklə, bütün razılaşmalar qarşılıqlı olacaq. Məsələn, biz də Naxçıvan Muxtar Respublikasının ərazisindən istifadə edərək Ermənistanın şimalı ilə cənubunu dəmir yolu ilə birləşdirməyə hazırlaşırıq. Hazırda belə bir dəmir yolu əlaqəsi yoxdur”./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa