“Ermənistan və onun arxasında dayanan dövlətlər Qərblə Azərbaycan arasında gərginliyin artmasında maraqlıdır”.
Bu fikiri Ermənistanla Azərbaycan arasında gərginliyin artma səbəbləri və bunun arxasında dayanan qüvvələrin planlarını şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.
Tural Əliyev bildirib ki, Qərbin müəyyən dairələri Cənubi Qafqazda yeni cəbhənin açılmasında maraqlı olduqlarını gizlətmirlər:
“Sərhəddə ötən gec baş verən erməni təxribatı gözlənilən idi. Bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi öz əməkdaşlarına və ailə üzvlərinə Azərbaycan sərhədi istiqamətinə getməmələri barədə xəbərdarlıq etmişdi. Belə bir sual yaranır ki, ABŞ səfəriliyi bu kəşfiyyat məlumatını hardan almışdı?
Bu insident neçə vaxtdır “Azərbaycan Ermənistana hücum edəcək, Azərbaycan Ermənistanın cənubnu işğal edəcək” kimi iddialarına haqq qazandırmağa və KTMT-ni fakt qarşısında qoymağa hesablanmış addımdır. Son günlər Rusiya sərhədçilərinin Avropa İttifaqı missiyasının fəaliyyətini əngəllədiyinə dair Ermənistan mediasında məlumatlar yayılır. Bu əslində, bir nəbz yoxlamasıdır.
Paşinyan dünən müsahibə verib ki, Azərbaycan hər kəsə, o cümlədən də Ermənistana hücum edə bilər. Bu, çoxkombinasiyalı gediş idi. Azərbaycan çox soyuqqanlılıqla situasiyanı idarə etdi və bu gün qarşı tərəfə qəti cavab verildi. Ermənistan ipə-sapa yatmaq istəmir. Digər tərəfdən, Ermənistanda Rusiya ilə Qərbin maraqları toqquşur və bu qarşıdurma Cənubi Qafqazda yeni cəbhənin açılmasını şərtləndirir.
Ermənistanla Azərbaycan arasında yaxınlaşmanın qarşısını kəsən ən böyük maneə də budur. Fikrimcə, bu təxribatlar davam edəcək. Ona görə ki, Ermənistan və onun arxasında dayanan dövlətlər Qərblə Azərbaycan arasında gərginliyin artmasında maraqlıdır. Hətta Ermənistan Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi üçün canfəşanlıq göstərərək, bu “oyun”dan təmiz çıxmağı düşünür”.
Səxavət Məmməd
www.yenicag.az