Ermənistanla sülh müqaviləsi harada imzalanacaq? – Bu məsələdə razılıq əldə olundu

media-hightechnic-468x90

“Sülh müqaviləsinin imzalanması üçün Ermənistandakı hazırkı hakimiyyət iqtidarda qalmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yönündə atılan addımları şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, sülh müqaviləsinin imzalanması real görünür.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmalıdır. Azərbaycan və Ermənistan rəsmilərinin sözlərinə görə, praktiki olaraq delimitasiya məsələləri ilə bağlı 80-90 faiz razılıq əldə olunub. Sülhün hansı məkanda bağlanmasının bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu müqavilə baş tutsun”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, Ermənistandakı hakimiyyət kilsə və diasporun əksinə olaraq, 4 kəndin Azərbaycana qaytarılmasını təmin edib: “Əsas odur ki, istək olsun və bu istəyi yerinə yetirməkdə maraqlı olan Ermənistandakı hakim partiya hakimiyyətdə qalsın. Paşinyan hakimiyyəti bunun əksinə gedənlərlə bağlı tədbirlər görməlidir”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600