“Əş-Şəbab” lideri məhv edildi

media-hightechnic-468x90

040610-F-4884R-008Somalidə ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən “Əş-Şəbab” radikal qruplaşmasının liderlərindən biri Adnan Qaraar məhv edilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə CBC telekanalı Vaşinqton administrasiyasındakı mənbələrə istinadən xəbər verib.

A.Qaraarın bir neçə əlaltı isə birgə “Predator” pilotsuz təyyarəsindən “Hellfire” raketi ilə vurulduğu bildirilir. “Əş Şəbab” liderlərindən biri 2013-cü ildə Keniyanın paytaxtı Nayrobidə törədilən irimiqyaslı terror aktının təşkilatçısı hesab edilirdi. O vaxt silahlıların “Uestqeyt” ticarət mərkəzinə hücumu nəticəsində 67 nəfər ölmüşdü.

Qeyd edək ki, yanvarın sonunda eyni üsulla Somalidə daha bir “Əş Şəbab” lideri Yusef Dik məhv edilmişdi. Pentaqonun rəsmi nümayəndəsi Stiv Uorrenin sözlərinə görə, əməliyyat Somalinin paytaxtı Moqadişo şəhərindən 240 km qərbdə, Dinsur şəhəri yaxınlığında baş tutub. Pentaqon rəsmisi əməliyyatın “mühüm hədəf”ə qarşı həyata keçirildiyini bildirsə də, hadisənin təfərrüatlarını açıqlamayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600