“Əsas odur ki, qoşunlar Ukraynanın cənub-şərqindən çıxarılsın”
Ukraynanın cənub-şərqindən ordu birləşmələri çıxarılmalı, zorakılığa son qoyulmalı və dərhal milli dialoqa başlanılmalıdır.
Hazırda əsas olan bunlardır.
Bunu Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Kremlin mətbuat xidməti telefon danışığının Almaniya tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirir.
Rusiya və Almaniya liderləri yaxın zamanlarda bir daha telefonla danışacaqlarını razılaşdırıblar(apa).