!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsəd rejiminin evlərindən didərgin saldığı mülki vətəndaşlar geri qayıtmaq ümidi ilə yaşayırlar

!Reklam – Yazi

Suriyada Bəşər Əsəd qüvvələrinin qanlı müdaxiləsi ilə başlayan xalq üsyanından 9 il keçməsinə baxmayaraq, rejim və onun havadarlarının didərgin saldığı milyonlarla insan evlərinə qayıtmaq həsrəti ilə yaşayırlar.

Yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın qaçqın vəziyyətinə düşdüyü və yerindən yurdundan edildiyi Suriyada vətəndaş müharibəsi 9 ili geridə qoydu.

Əsəd rejimi və onun havadarları vətəndaş müharibəsi zamanı müxaliflərin nəzarətində olan əraziləri ələ keçirmək üçün hücum, blokada və məcburi köçlərdən sistematik silah kimi istifadə etdi.

Bu çərçivədə rejim qüvvələri 2018-ci ilin aprel ayında Şərqi Qutadan, 2018-ci ilin iyul ayında isə Dera və Kuneytra əyalətlərindən minlərlə ailəni İdlibə köçməyə məcbur etdi. Blokadadan və rejimin şiddətli hücumlarından qaçan mülki vətəndaşlar İdlibdə də rejimin hücumlarına məruz qaldılar.

Yerindən yurdundan didərgin salınan milyonlarla insan İdlibdə və digər bölgələrdə ağır şərtlərə dözərək evlərinə qayıtmaq arzusu ilə həyatlarını davam etdirir.

Ağır şərtlərdə çadırlarda yaşamağı, rejimin zülmü altında yaşamaqdan üstün tutduqlarını deyən İdlibdəki mülki vətəndaşlar humanitar yardımlarına görə Türkiyəyə minnətdar olduqlarını bildirirlər: “Yenidən evlərimizə qayıdacağımızı ümid edirik.”

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv