!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsgərimizin əsir düşməsi: "Bunlarla Hikmət Mirzəyevi qaralamaq olmaz" - SƏRT REAKSİYA

!Reklam – Yazi

“Keçmiş Quru Qoşunları komandanlığı (Ənvər Əfəndiyev – red.) tərəfindən buraxılmış o qədər dərin nöqsanlar var ki, onları aradan qaldırmaq üçün həm zamana, həm də maliyyəyə ehtiyac var”.

Bu fikirləri Azərbaycan hərbçisinin erməni tərəfinin əlinə keçməsinə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazovun sözlərinə görə, hava şəraiti səbəbi gerçəkdirsə, bu tip hallar əvvəl də olub, gələcəkdə də olacaq:

“Əsgərin ermənilərin əlinə keçmsəinin müxtəlif səbəbləri ola bilər. Duman, təcrübəsizlik mümkündür. Ancaq düşünürəm ki, müəyyən boşluqlar var. Əsgərlərin ön xəttə işi olmamalıdır. Ora daha çox müddətdən artıq hərbi xidmət keçənlər yerləşdirilməlidirlər. Necə ki erməni tərəfi belə edir.

Azərbaycan ordusunda keçmiş Quru Qoşunları komandanlığı (Ənvər Əfəndiyev -red.) tərəfindən buraxılmış çox ciddi səhvlər var. Yeni komandanlıq hələ ki səhvləri aradan qaldırmaqla məşğuldur. O qədər dərin nöqsanlar var ki, onları aradan qaldırmaq üçün həm zamana, həm də maliyyəyə ehtiyac var. Bunun üstündə çox ciddi işlənilməlidir. Yeni komandan Hikmət Mirzəyevə kömək olunmalıdır.

Ümumiyyətlə, bir neçə ayın əsgərinin öndə nə işi var? Bütün dünya danışır ki, Ermənistanla Azərbaycan arasında müharibə olacaq. Belə olan halda, ön xəttə təcrübəlilər yerəşdirilməlidirlər. Bu gün komandanlığı da qınamaq olmaz. Şatata uyğun yerlər boşdur, çatışmazlıqlar var. Xidmət etmək istəməyənlərin ərizələri var. Bu səbəbləri araşdırıb yerinə qoymasaq, heç nəyin xeyri yoxdur.

Baş verənlər bizi ciddi şəkildə düşündürməlidir. Müdafiə Nazirliyi çox ciddi şəkildə düşünməlidir. Müdafiə naziri, Baş Qərargah rəisi Quru Qoşunlarına hansısa generalı təyin etməklə işini bitmiş hesab etməməlidir. Hikmət Mirzəyevə çox ciddi kömək göstərmək lazımdır. Baş verənləri şişirdib Hikmət Mirzəyevi qaralamaq olmaz. Biz elə nöqsanları tapıb deməliyik ki, Ali Baş Komandan da bilsin və bunun aradan qaldırılması üçün ciddi tədbirlər görülsün. Ayıbdır. Qalib ordunun əsgəri gedib əsir düşməməlidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv