!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“...eşidəndə mənim beynimin qapağı qalxır” - Efirdən jurnalistə açıq ölüm hədəsi - VİDEO

!Reklam – Yazi

Tanınmış şairə Nazilə Səfərli jurnalistə hədə-qorxu gəlib.

Yenicag.az xəbər verir ki, ARB TV-yə açıqlama verən jurnalist İsa Şükürovla məhkəmə prosesinə münasibət bildirərkən Nazilə, onu bağışlamayacağını da bildirib:

“O düz edib mənim adımdan yazı yazmaqla? Yaxşı, yazmısan, qarşı tərəfdən üzr istəyirsən, məni saymırsan? Mən sənin üçün burada nəyəm? Hədik qaravulçusuyam? Xahiş edirəm, bir də İsa mövzusunda qarşıma çıxmayın. İsanın İ hərfini eşidəndə mənim beynimin qapağı qalxır. Qəsdən durur hər dəfə “komment” yazır. İsa, bəsdir, ayıbdır, vallah ayıbdır. Mən sənin anan yaşındayam”.

“Məşhur simasız, niyə də yazılmasın?” sualı isə tanınmış şairəni sanki özündən çıxarıb və əlindəki çətirlə müxbiri hədələyib:

“İndi Allah haqqı bunun tərsi ilə sənə bir dənə tutuzduracam, ağlın gələr başıva! Qabaqdan gəlmişdik eləmə, çoxbilmiş. Elə vuraram ki, meyidin ora düşər”.

 

www.yenicag.az

2084
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv