Əsrin ən şorgöz prezidenti quberniyasında hansı gözəlçəni görmək istəyir? + 18 Foto
Gürcüstanın keçmiş prezidentinin ukraynalı sevgilisi də olub
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili rusiyalı siyasətçi və jurnalist Mariya Qaydarı özünə müavin təyin etmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, APA-nın “dumskaya.net” və “censor.net” saytlarına istinadən yaydığı məlumata görə, M. Saakaşvili prezident Pyotr Poroşenkodan M. Qaydara Ukrayna vətəndaşlığı verilməsini xahiş edib. O, M. Qaydarın sosial sahəyə cavabdeh olacağını deyib: “Odessaya hazırda bütün Ukrayna, Avropa və Rusiya baxır. Odessada müsbət dəyişikliklər dünyaya təsir edəcək. Mən istəyirəm ki, Ukrayna xalqı bilsin – rus xalqı təkcə hakimiyyətdən ibarət deyil, orada sizin ölkənizə ümidlə baxan insanlar da var”.
M. Saakaşvili M. Qaydarı güclü iqtisadçı və hüquqşünas kimi qiymətləndirib.
Qeyd edək ki, Mariya Qaydar Rusiyanın məşhur dövlət xadimi, siyasətçi və iqtisadçı, mərhum Yeqor Qaydarın qızıdır. O, “Exo Moskvı” radiosunun jurnalisti, “Sosial sorğu” adlı Sosial Müdafiə və Əhaliyə Dəstək Fondunun təsisçisi və rəhbəridir.
***
Qeyd edək ki, qubernatorun gözəl xanımlarla arası həmişə “yaxşı” olub. Belə ki, Saakaşvilinin adı Gürcüstan prezidenti olduğu illərdə də həm siyasi, həm də hərdən məişət səviyyəsində qalmaqallarda hallanırdı. Yerli və bəzi xarici KİV-lərdə Saakaşvili belə demək mümkünsə, ən arvadbaz prezident kimi də təqdim olunurdu. Təsadüfi deyil ki, prezidentlik kürsüsündən ayrılan kimi onun adı yenə seks qalmaqallarında çəkilib. Gürcüstan mediası hətta konkret adlar çəkməklə keçmiş prezidentin təkcə siyasi gedişləri ilə yox, həm də şəxsi həyatı ilə tarixə düşdüyünü iddia edir. İddialar həqiqətən realdırsa, onda Saakaşvilinin 10 illik prezidentlik dövründə təkcə siyasi qalmaqallara yox, eyni zamanda əyləncələrə vaxtının getdiyini söyləmək olar.
Saakaşvili kimləri sevirdi?
Mübahisəsiz bu siyahıda birinci yerdə iqtisadiyyat və stabil inkişaf naziri Vera Kobalia gəlirdi. Saakaşvili ilə Veranı idmana sevgi birləşdirirdi. Onlar 2010-cu ildə Kanadada keçirilən Qış Olimpiya Oyunlarında tanış olmuşdular. Saakaşvilinin sevgilisi Vera Kobaliya – qalmaqallı sözdür… Onun yüksək vəzifəyə təyinatından sonra internetdə yayımlanan fotoda klublardan birində guya stripterzerlərin əhatəsində rəqs edir. İqtisadiyyat nazirinin bu əcaib hobbisi həqiqət idimi? Kobaliya özü fotonu yalan məlumat adlandırıb. Ancaq gürcülər buna inanmayıblar.
Daha bir cəlbedici nazir – bu cəzaların icrası nazirliyinin rəhbəri, Xatune Kalmaxelidze olub. Yeri gəlmişkən, o zaman Gürcüstanda bir çoxları iddia edirdi ki, dövləti Saakaşvilinin 6 sevgilisi idarə edir. Bu gözəl-göyçək xanımları keçmiş prezidentin yataq nazirləri də adlandırırdılar.
Xatuneyə gəldikdə, o, bu idarəyə 2009-cu ildə rəhbərlik edib. Saakaşvilinin sevgilisi olduğu iddia edilən Xatune bundan əvvəl Xarici İşlər Nazirliyində işləyib, ali təhsilini isə Saakaşvili ilə birgə ABŞ-da alıb.
Saakaşvilinin daha bir sevgilisi olduğu iddia edilən Nino Kalandadze xarici siyasət idarəsində müavinlərdən biri olmaqla kifayətlənib. Qeyd edək ki, Ninanın sevgili kimi bir nömrəli favorit sayılan xanımdan daha fərqli və kifayət qədər güclü tərcümeyi-halı olub. O, keçmiş deputat, ixtisasca hüquqşünas idi. Prezidentlə təyyarədə tanış olmuşdu, sonra onunla birgə idmanlara gedirdi…
Saakaşvilinin sevgililəri sırasında göstərilən müğənni Sofo Nijaredze də Xarici İşlər Nazirliyində işləyib. Onun Saakaşvilidən əvvə rusiyalı məşhur hokkeyçi Pavla Bure ilə də sevgi macərası yaşadığı bildirilir. Sofo Gürcüstanı “Eurovision-2010”da təmsil edib.
Saakaşvilinin sevgililərindən birinin də Mədəniyyət Nazirliyində “yaşadığı” iddia olunub. Ağızdan o qədər də xeyirxah olmayan insanlar iddia edirdilər ki, Nina Tsikrialaşvili Gürcüstan prezidenti ilə olan fotosunu “Odnoklassnik”də yerləşdirib.
Saakaşvilinin sevgililəri siyahısına jurnalist Alana Qaqloeva da düşüb. O 2005-ci ildə 21 yaşı olanda İctimai Televiziyada aparıcı işləyib. Sonra Saakaşvili onu özünün mətbuat katibi götürüb. Daha sonra isə Prezident Administrasiyasında milli azlıqların məsələləri üzrə işçi qrupa rəhbərlik edib. “Sarı” mətbuat iddia edirdi ki, Alana hətta prezidentdən Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsla eyni vaxtda hamilə də qalıb.
Gözəl, ingilis dilində səlis danışan Alana Gürcüstan prezidentini bütün səfərlərdə müşayiət edirdi. Onların sevgi romanı haqda hətta şayiələr Sandra Rulovsa da çatıbmış. Sandranın bu söz-söhbətlərə son qoymaq üçün Qaqloevlə kafelərdən birində qalmaqalı düşdüyü də bildirilirdi. Bu qalmaqalın həllinə Saakaşvilinin nüfuzlu dostlarının qoşulduğu da iddia edilirdi. Sandra hətta qəti tələb edirmiş ki, prezidentin sevgilisi abort etdirsin. Ancaq sən demə, artıq gec imiş, Qaqloeva həmin vaxt 7 aylıq hamilə olub..
O, abortdan imtina edib, ancaq Saakaşvili özü Alanadan uşaqdan xilas olmasını tələb edibmiş. Hətta iddia edilirdi ki, atası faktiki olaraq oğlunu öldürüb. Sonradan isə qalmaqalı yatırmaq üçün Prezident Administrasiyası şayiə yayıb ki, Alana hər şeyə rəğmən uşağını dünyaya gətirib.
Saakaşvilinin sevgililəri arasında siyasətçi Maya Nadiradze və onun mətbuat katibi Marika Verulaşvilinin də adları çəkilir.
Saakaşvilinin ukraynalı sevgilisi
Ukraynalı müğənni İvanna Melayın Mixail Saakaşvili ilə yaxın münasibəti olub. Bu haqda Ukraynanın bəzi saytlarına bir mənbə məlumat verib. Zakarpatya vilayətindən olan və yenicə müğənniliyə başlayan 25 yaşlı İvanna ilə Gürcüstan prezidentinin münasibətindən yerli mətbuat da yazırdı. KİV-də verilən məlumatlarda qeyd edilirdi ki, İvanna və Saakaşvili Svanetiyada görüşüblər, yenilənmiş Mestiyanın təntənəli açılışı zamanı dövlət başçısı bu qızın mahnılarına və rəqsinə valeh olubmuş. Guya məhz bundan sonra İvanna Ukrayna televiziyasındakı müəllif verilişini ataraq Gürcüstanda yaşamağa gəlib. Saakaşvili ilə Melayın dostluğu nəticəsində müğənninin “Birinci Qafqaz” teleşirkəti ilə 6500 min larilik müqavilə imzaladığı da bildirilir. Bu məbləğin Gürcüstanın dövlət büdcəsindən ayrıldığı iddia olunurdu. Saakaşviliyə sevgisi hesabına Batumidə solo konsertlər verən Melayın üzünə buradakı “Şeraton” və “Redisson” otellərinin qapıları həmişə açıq olurmuş.
İvanna Gürcüstana 2011-ci ildə – “PİK” telekanalındakı müəllif proqramının müəllifi olanda gəlib. Ukraynalı müğənni onu müşayiət edən çəkiliş qrupu ilə demək olar bütün Gürcüstanı, eləcə də bir neçə Avropa ölkəsini dolaşıb.
2011-ci ildə İvanna “Ana, mən gürcünü sevirəm” mahnısını yazdırıb, bu mahnı “Radio Abxaziya”nın hit-paradında qalib olub və “İlin mahnısı” mükafatını alıb. Qeyd edək ki, klipdə çəkilən oğlan xarici görünüşcə Gürcüstan prezidentinə oxşayırmış.
***
Saakaşvilinin bir masajisti var və onu əlləri ilə masaj edir. Rusiya ilə Gürcüstan arasındakı ən gərgin vaxtlarda Saakaşvilinin boynunu masaj edən masajist xanım həyəcanını gizlədə bilməyib: “Vay! Sizin boyun əzələləriniz necə də gərgindir!? Prezident isə sakitcə cavab verib: ”Zarafatsız, axı orda Rusiya oturub”. Masajist Dr.Dot bloqunda Gürcüstan prezidenti ilə Berlində necə tanış olduğu, onu masaj edərkən etdiyi söhbətlərdən geniş yazıb, maraqlananlar tanış ola bilərlər.