Estoniya nəşrində Azərbaycan Prezidentinin ABŞ-yə səfərinin yekunları barədə məqalə dərc edildi

media-hightechnic-468x90

Estoniyanın “Business-M” biznes və informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfərinin yekunlarına həsr olunmuş “Azərbaycan və ABŞ: Strateji tərəfdaşlığın yeni mərhələsi” sərlövhəli məqalə dərc olunub.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, məşhur onlayn nəşrin materialında Prezident Donald Tramp ilə səfər çərçivəsində keçirilmiş görüşlər, “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Anlaşma Memorandumu” barədə geniş məlumat təqdim olunub.

Nəşr qeyd edir ki, Strateji İşçi Qrupunun yaradılması ikitərəfli praktiki əməkdaşlığın institusional bazasının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Səfər həm də ABŞ Prezidentinin iki ölkə prezidentlərinin görüşü zamanı Azadlığa Dəstək Aktının 907-ci maddəsinin dayandırılması haqqında fərmanın imzalaması ilə əlamətdar olub ki, bu da mühüm simvolik əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə səfəri də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi kontekstində mühüm nəticələrlə yadda qalıb. Səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin zirvə görüşü keçirilib, onun yekunları üzrə Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid qismində ABŞ Prezidenti Birgə Bəyannamə imzalayıblar. Bundan əlavə, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in layihəsi paraflanıb, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalayıblar. Səfər zamanı dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirən əsas razılaşmalar gətirib. Memorandumların və bəyannamələrin imzalanması enerji, təhlükəsizlik və iqtisadiyyatda yeni perspektivlər açır. İkitərəfli münasibətlərdəki maneələri aradan qaldıran 907-ci maddənin ləğvi mühüm addım oldu. ABŞ-nin Ermənistanla apardığı danışıqlar sülh sazişinin imzalanmasını yaxınlaşdırır. ABŞ-nin himayəsi altında Ermənistanla aparılan danışıqlar sülh sazişinin imzalanmasını yaxınlaşdırdı. Bu səfər regionun və Azərbaycan-Amerika əlaqələrinin siyasətində tarixi bir mərhələ oldu”, – deyə Estoniya nəşri qeyd edir.

media-k1zzjxlxhggswfw0y5tsa0tm4raauajladhi7ear_640

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa