Etirazçı güləşçilərin aqibəti necə oldu? – Müəmma

Uzun müddət maaş üzünə həsrət qalan, şəraitsizlikdən şikayətlənən məşhur güləşçilərimizin etiraz etməsi böyük səs-küyə səbəb olmuşdu.

Yenicag.az xəbər verir ki, artıq mətbuatda etirazçı güləşçilərə maaşlarının bir qisminin ödənilməsi, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin onlarla görüşməsinə dair xəbərlər yayılıb.

Lakin, Yenicag.az saytına açıqlama verən federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev rəhbərliklə güləşçilər arasında görüşün keçirilib-keçilmədiyini bilmədiyini deyib. Bundan əlavə, Musayev, güləşçilərə hansı ayların maaşlarının verildiyindən də xəbərsiz olduğunu bildirib. O, əməkdaşımızla söhbət zamanı bu məsələnin şişirdilməsinin əleyhinə olduğunu da qeyd edib:

“Güləşçilər hazırda təlim-məşq toplanışındadırlar. Qarşıdakı dünya çempionatına hazırlaşırlar. Bu məsələni bu qədər şişirtmək lazım deyil”.

Yenicag.az