“Everton”, “Lazio” və “Ajax” “Fenerbahçe”nin gənc ulduzu üçün SIRAYA DÜZÜLDÜLƏR

media-hightechnic-468x90

“Fenerbahçe”nin 24 yaşlı futbolçusu Oğuz Aydın Avropa klublarının maraq dairəsinə düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “NTV Spor” saytı yayıb.

Məlumata görə, İngiltərənin “Everton”, İtaliyanın “Lazio” və Niderlandın “Ajax” klubları gənc hücumçunu transfer etmək niyyətindədir. Lakin İstanbul təmsilçisi futbolçunu satmaq fikrində deyil və onun komandada qalmasını istəyir.

Qeyd edək ki, Oğuz Aydının hazırkı bazar dəyəri 8 milyon avro olaraq qiymətləndirilir. O, cari mövsümdə “Fenerbahçe”nin heyətində 30 oyuna çıxaraq 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Göycə Göycəyev

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600