Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əvət” və “Xeyr” arasında fərq böyüyür: 58,2 - 41,8

Türkiyənin İVEM tədqiqat şirkəti ölkədə aprelin 16-da baş tutacaq Konstitusiya referendumu ilə bağlı keçirtdiyi son rəy sorğusunun nəticələrini açıqlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İVEM-in bu sorğusunda “Əvət” və “Xeyr” tərəfdarları arasında fərqin ən böyük olduğu nəticələr müəyyənləşib.

30 mart – 07 aprel tarixləri arasında 26 vilayət, 78 rayon və 156 kəndə müxtəlif sosial təbəqələrə məxsus fərqli yaş kateqoriyası üzrə keçirilmiş sorğuda yaşı 18-dən yuxarı 7 min 550 vətəndaşın rəyi öyrənilib.
“2017-ci il aprelin 16-da keçiriləcək referendumda hansı varianta səs verəcəksiniz?” sualını cavablandıran respondentlərin 58,2 faizi “Əvət”, 41,8 faizi isə “Xeyr” deyib.

Rəyi soruşulanların “Gələn həftə parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərdiniz?” sualına cavabları isə aşağıdakı nəticəni müəyyənləşdirib:

AK Partiya: 53,1
CHP: 24,7
MHP: 14,5
HDP: 6,4

Yeniçağ.Az

Loading...

www.yenicag.az

381
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100