Evini yandırıb özünü öldürdü
Qubada ev sahibi evini yandırıb, daha sonra qeydlərini yazaraq intihar edib
Yenicag.az xəbər verir ki, “Unikal”ın Şimal bürosunun məlumatına görə, Quba rayonunun Zərqava kənd sakini 1957-ci il təvəllüdlü Şıxıyev Malik Əliməmməd oğlu özünə məxsus fərdi yaşayış evində yanğın törədərək, evdən təqribən 20 metr məsafə də olan yardımçı tikilidə özünü asaraq intihar edib.
Məlumata görə, o, intihar etməzdən əvvəl kağız üzərində qeydlərini qoyub.
M.Şıxıyev borclu olduğu şəxslərin adını və pulun məbləğini qeyd edib.
Digər qeyd isə həyat yoldaşı və oğlunun onu tək qoyaraq getməsini və tək yaşamağın dözülməz olduğu barədə olub.