EvrAzES-in fəaliyyətinə son qoyuldu

media-hightechnic-468x90

16467MDB Dövlət Başçıları Şurasının oktyabrın 10-da Minskdə keçiriləcək iclasında Avrasiya İqtisadi Cəmiyyətinin (EvrAzES) fəaliyyətinin dayandırılması haqqında sənəd imzalanacaq.

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri tərəfindən imzalanacaq sənədə əsasən təşkilat 2015-ci il yanvarın 1-dən ləğv olunacaq.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib ki, EvrAzES fəaliyyəti ərzində Avrasiyaya inteqrasiya proseslərinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb, Gömrük Şurasının yaranmasına, Rusiyanın, Belarusun və Qazaxıstanın Azad Ticarət Zonasına qoşulmasına, həmçinin inteqrasiyanın prinsipial olaraq yeni mərhələsinə – Avrasiya İqtisadi İttifaqının formalaşmasına imkan yaradıb.

Xatırladaq ki, EvrAzES-in oktyabrın 10-da on dörd ili tamam olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600