Reklam: High Technic
hightechnic

Əyləncə parkında dinozavr alışıb yandı - VİDEO

Rusiyanın Başqırdıstan Respublikasındakı Sibay şəhərində yerləşən mədəniyyət-istirahət parkında üç metr hündürlüyü olan dinozavr fiquru yanıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, parkda yanğına səbəb qaynaq zamanı fiqura düşən qığılcım olub. Fiqur rezin və porolondan olduğuna görə alışıb, yanıb.

O, parkdakı 15 dinozavr fiquru arasında ən böyüyü idi.

Yanğın söndürülüb, xəsarət alan olmayıb.

www.yenicag.az

1182