Əylənməyə gələnlər bu mahnını eşidib, barı dağıtdılar – VİDEO

media-hightechnic-468x90

İstanbulun məşhur yerlərindən olan Beşiktaşda əylənmək üçün bara gedən iki gecə nəzarətçisi bəyənmədikləri mahnıya görə dava salıb.

Yenicag.az xəbər verir ki, onlar barda “Çav Bella” mahnısının səsləndirilməsinə əsəbləşərək, havaya atəş açıblar. Barda böyük qorxu və “panika” yaradan nəzarətçilər az sonra həbs ediliblər.

Həmin nəzarətçilər barələrində açılmış cinayət işi yekunlaşana qədər işlərindən uzaqlaşdırılıb.

Qeyd edək ki, məşhur italyan “La Casa De Papel” serialında səslənən “Çav Bella” musiqisi Türkiyədə PKK ilə assosasiya edildiyi üçün millətçi təbəqə onu sevmir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa