Eynulla Fətullayevin sənədli filmləri teleefirdə-Video

media-hightechnic-468x90

96499_res_01İyunun 4-dən Azad Azərbaycan Televiziyası (ATV) virtualaz.org və haqqin.az saytlarının təsisçisi, araşdırmaçı jurnalist Eynulla Fətullayevin “Qərib Qərb” (“Чуждый Запад”) silsiləsindən olan sənədli filmlərinin nümayişinə başlayacaq.

media-banner_tuq

Xatırladaq ki, E.Fətullayev ötən il əcnəbi ekspertlərin, jurnalistlərin və operatorların daxil olduğu müstəqil çəkiliş qrupu ilə ABŞ-ın, Almaniyanın, İsveçin, Danimarkanın, Norveçin və digər Qərb ölkələrinin insan haqlarının müdafiəsi ilə məşğul olan institutlarında olub və onların bu sahədəki fəaliyyətini araşdırıb.

Jurnalist həmin araşdırmalarının nəticəsi olaraq 7 sənədli film hazırlayıb. Beləliklə, iyunun 4-də, saat 21.30-da ATV həmin silsilədən olan “Avropanın oğurlanması” («Похищение Европы») adlı ilk filmi nümayiş etdirəcək.

Virtualaz.org xatırladır ki, film islamofobiya problemlərinə-məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində islam qismində düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub(virtualaz).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05