F-16-ların Ukraynaya veriləcəyi tarix açıqlandı

media-hightechnic-468x90

Belçika hökuməti 2025-ci ilə qədər istismardan çıxarılan F-16 təyyarələrini Kiyevə göndərmək qərarına gəlib.

Yenicag.az RTL-yə istinadla xəbər verir ki, bunu müdafiə naziri Ludivine Dedonder bildirib.

O bunu NATO-nun müdafiə nazirlərinin Brüssel görüşü və Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasından əvvəl deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə səfərdədir. Səfər zamanı o, Belçikanın yüksək rütbəli rəsmiləri ilə görüşərək ikitərəfli əməkdaşlıq və Belçikanın Avropa İttifaqı Şurasına gələcək sədrliyi ilə bağlı müzakirələr aparacaq.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa