Facebook yaradıcısının maraqlı köynəyi
Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zuckerberq hər kəsin marağına səbəb olan o, suala cavab verib.
Məlumatına görə, Mark Zuckerbergin her zaman boz rəngli köynək və eyni rəngdə papaqlı jaket geyinməsi insanların nəzərindən qaçmayıb.
İştirak etdiyi konfranslardan birində ondan bu sirrini soruşublar. “Siz niyə hər gün eyni paltarları geyinirsiniz?” sualına Zuckerberqin cavabı maraqlı olub.
“Həyatımda hər zaman sadə olmağa çalışıram. Mən kariyeramda bu nöqtəyə çata bildiyim üçün özümü çox şanslı hiss edirəm. Hər səhər bu gün milyonlarla insana xidmət edəcəyimi bilərək oyanıram. Buna görə də enerjimi geyim kimi mənasız şeylərə sərf etməkdənsə, işimi görməyi üstün tuturam”.
Mark Zuckerberq qeyd edib ki, eyni köynəkdən bir neçəsini alıb. Yəni, hər gün eyni köynəyi geyinmir.
Zuckerberqin verdiyi bu ciddi cavab hamını təəccübləndirib.(anspress)