“Facebook”a görə işdən qovuldu

media-hightechnic-468x90

83050Kanadalı uşaq məşqçisi Kristofer Zandau özünün “Facebok” səhifəsində svastika (tarixi simvol) yerləşdirdiyinə görə işdən çıxarılıb.
Bu barədə məlumatı “CBC News” yayıb. “North Delta Minor Hockey Association” Hokkey Akademiyasında məşqçi işləyən 33 yaşlı mütəxəssis sosial şəbəkədəki səhifəsində svastika yerləşdirib. Bunu Zandaunun yetirmələrindən birinin valideyni görüb və Kanada Hokkey Assosiasiyasına şikayət edib.

Məşqçi tarix elminin həvəskarı olduğunu bəhanə gətirərək, svastikanı səhifəsindən silməkdən imtina edib. Zandaunun “Facebook” səhifəsində Adolf Hitleri və nasizmi tərifliyən şəkillər də aşkar edilib. Məsələn, şəkillərin birində nasist salamından istifadə edən astronavt təsvir olunub.

Daha sonra məşqçinin səhifəsi silinib. Noyabrın 1-nə olan məlumata görə, Zandau artıq akademiyada işləmir. Akademiyanın rəhbərliyi onun bütün yetirmələrindən üzr istəyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600