FAKTİKİ HAVA: Bakıda yağış, Şahdağ və Qaxda qar yağır

media-hightechnic-468x90

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad və Neftçalada arabir yağış, Şahdağ və Qaxda (Sarıbaş) isə qar yağır.

Yenicag.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bildirib.

Məlumata əsasən, Binə, Pirallahı, Çilov adası, Şərur, Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ və Göyçayda duman müşahidə olunub, görünüş 50-200 metrədək məhdudlaşıb.

Qərb küləyi arabir Naftalanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 9, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600