Faktiki hava: Külək güclənəcək

media-hightechnic-468x90

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 12:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.

Qurumdan Yenicag.az-a verilən məlumatda bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bundan başqa noyabrın 04-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600